Bakı-Sumqayıt qatarları normal rejimə qayıdıb. Sumqayıt24 bu haqda 15 yanvar tarixində xəbər verir.
Qeyri-sabit hava şəraitinə görə qatarların aşağı endirilmiş sürət həddi bərpa olunub. Azərbaycan Dəmir Yolları (ADY) sərnişinlərdən qışda platformalarda hərəkət zamanı ehtiyatlı olmağı, dəmir yolu xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etməyi xahiş edir.