Sumqayıtda baş vermiş yol qəzası zamanı 1 nəfər xəsarət alıb. Bu haqda 24 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Bakı-Quba avtomobil yolunun 38-ci kilometrində qeydə alınıb. “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər maşında sıxılmış vəziyyətdə qalıb.
Əraziyə cəlb olunan xilasedicilər tərəfindən vətəndaş müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.