Qəzada vəfat edən qız seçilən şagirdlərdən idi. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, Nəriman Nərimanov küçəsində 17 yaşlı Aydan Həbibovanı avtomobil vurub. Sürücü onu xəstəxanaya çatdırsa da, qız həyatını itirib.
Məlumata görə, Aydan Həbibova Anar Şükürov adına 25 nömrəli məktəbin 11-ci sinif şagirdi idi. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplamışdı.