Sumqayıtda yol qəzasında yaralanan piyada xəstəxanada dünyasını dəyişib. Bu haqda 21 avqust tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.
Hadisə avqustun 7-si M. Əsədov küçəsində qeydə alınıb. 63 yaşlı Rəziyyə Əhmədovanı “Mercedes Sprinter” markalı maşın vurub. R. Əhmədova bu gün müalicə aldığı xəstəxanada ölüb.
Fakt üzrə araşdırma aparılır.