Yol qəzasında xəsarət alan Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi xəstəxanada ölüb. Bu haqda 15 may tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə mayın 12-də Ceyranbatan qəsəbəsində baş verib. Qəzaya düşən 3-cü kurs tələbəsi, 23 yaşlı Məmməd Allahbaxış xəstəxanaya yerləşdirilib. Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.