Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək. Sumqayıt24 bu haqda 10 fevral tarixində Anadolu ajans-a istinadən xəbər verir.
Sözügedən təşəbbüs Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat tərəfindən irəli sürülüb.
Sərvər bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib: “İstədikləri zaman götürə bilərlər”.
Xatırladaq ki, Türkiyədə ötən il fevralın 6-da dağıdıcı zəlzələ baş verib. Ceyranbatan qəsəbə sakini olan Bəşirli köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsmişdi. Onun fotosu isə böyük rezonans doğurmuşdu.