Qubadlının icra başçısı Malik İsaqov 12-ci mikrorayonda səyyar qəbul keçirib. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
H. Quliyev adına Çaytumas kənd məktəb-liseyində təşkil olunan qəbulda RİHB-nin inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan 26 məsələdən 6-sı yerində həll olunub, 7-si baxılması üçün nəzarətə götürülüb.