Qubadlı rayon icra başçısı Malik İsaqov səyyar qəbul keçirib. Bu haqda 24 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüş Kimyaçılar qəsəbəsində yerləşən Cəlal Həşimov adına Qubadlı rayon Mərdanlı kənd tam orta məktəbində təşkil olunub. Burada RİHB-nin inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan 16 məsələdən 3-ü yerində həll olunub, 5-i baxılması üçün nəzarətə götürülüb.