Sumqayıtın 10-cu mikrorayonunda qəza olub. Sumqayıt24 bu haqda 28 avqust tarixində Den.az-a istinadən xəbər verir.
Məlumata əsasən, idarəetmədən çıxan “Range Rover” markalı minik avtomobili yaxınlıqdakı ağaca çarpılıb. Nəticədə sürücünün ağır xəsarət aldığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Yol Polisi Xidmətinin əməkdaşları cəlb olunublar.
Araşdırma aparılır.