Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov işindən ayrılıb. Sumqayıt24 bu haqda 23 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.
Gənclər və İdman Nazirliyi tərəfindən ona Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində çalışması təklif olunub. Lakin R. Abbasov bu vəzifədən imtina edib.
Qeyd edək ki, R. Abbasov 1999-2001-ci illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, 2002-2005-ci illərdə sektor müdiri, 2005-2007-ci illərdə mətbuat katibi-şöbə müdiri vəzifələrində işləyib. O, 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, dünən işdən çıxmaq haqqında ərizəsini yazıb.