Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 27 iyun tarixində Sumqayıt24 xəbər verir.
Hadisə gecə saatlarında “Regnum” hotelinin yanında qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyən 68 yaşlı Umkürsüm Abdullayevanı vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.