G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinqlər keçirib. Sumqayıt24 bu haqda 29 iyun tarixində xəbər verir.
Monitorinqlər zamanı Sumqayıtda yerləşən "Su Səsi" restoranı və "Məkan" kafesində nöqsanlar tapılıb. Aşkarlanan çatışmazlıqların siyahısı:
"Su Səsi" restoranı
- Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması;
- Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi;
- Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməmələri;
- Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;
- İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi;
- Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması.
"Məkan" kafesi
- Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması;
- Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi;
- Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməmələri;
- Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin mövcud olmaması.
Məsul şəxslərə icrası məcburi göstərişlər verilib.