Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare Sumqayıta baş çəkib. Bu haqda 22 fevral tarixində Sumqayıt24 xəbər verir.
Səfər çərçivəsində şəhər rəhbəri Zakir Fərəcov qonaqla görüşüb. İcra başçısı səfirə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, Sumqayıtda həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.