Mayın 11-də müşahidə olunacaq hava proqnozu məlum olub. Bu haqda 10 may tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° isti olacaq.