Sumqayıt Dövlət Universitetində (SDU) “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində dərslər keçirilib. Bu haqda 11 may tarixində Sumqayıt24 xəbər verir.
SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən təlimdə Orta Şərq Texniki Universitetinin Sənaye dizaynı departamentinin sədri professor Gülay Həsdoğan və departamentin sədr müavini dosent Fatma Korkut “İstifadəçi interfeysi (UI) işçilərin dizaynı: tərtibatlar və rəng qrafikləri” mövzusunda dərs keçiblər.
Tələbələr istifadəçi interfeysinin dizaynının qurulması formalarını öyrənib və praktikada tətbiq ediblər.