Mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda 8 may tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti olacaq.