Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 16-da Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 10-13, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz isə 70-75% olacaq.