Sabahın hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 20 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Sumqayıtda iyunun 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 20-25, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə 60-70% təşkil edəcək.