Mayın 3-nə gözlənilən hava şəraiti məlum olub. Bu haqda 2 may tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.