Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqlayıb. Sumqayıt24 bu haqda 27 iyun tarixində xəbər verir.
Sumqayıtda iyunun 28-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə qısamüddətli az yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyini gündüz mülayim cənub-şərq küləyi əvəzləyəcək.
Temperatur gecə 18-23, gündüz 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə və gündüz 50-60% təşkil edəcək.