Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi folklor və rəqs festivalında iştirak edib. Bu haqda 17 may tarixində Sumqayıt24 xəbər verir.
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı tədbir ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr edilib. Rəsm nominasiyası üzrə 11-15 yaş qrupu üzrə "Xüsusi rəsm" dərnəyinin üzvü Elcan Əhmədli 1-ci yerə layiq görülüb.
Tədbir Quba şəhərində Quba–Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı baş tutub.