Sumqayıt ümumi təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilib. Bu haqda 10 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı təlimlər Elm və Təhsil Nazirliyinin təlimatına uyğun olaraq təşkil olunub. Məktəblilərə suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin maarifləndirici videoçarxlar nümayiş olunub.