Dövlət İmtahan Mərkəzi (DİM) orta təhsil səviyyəsi üzrə (9 illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. Bu haqda 1 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, imtahan iştirakçıları arasında 4 şagird maksimal olan 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Onların arasında Sumqayıt şəhər 23 nömrəli məktəbin şagirdi Tuncay Əmiraslanov və Ceyranbatan qəsəbə 1 nömrəli məktəbin şagirdi Aydın Həsənli də yer alıb.
Qeyd edək ki, imtahan aprelin 7-də keçirilib.