Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 21 oktyabr tarixində Sumqayıt24 ŞİH-yə istinadən məlumat verir.
18 nömrəli məktəbdə baş tutan görüşdə İH-nin məsul şəxsləri, idarə, xidmət və təşkilatların rəhbərləri, şəhər sakinləri iştirak ediblər.
Vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerindəcə həll olunub.