Sumqayıtın icra başçısı Zakir Fərəcov şəhid ailələrini ziyarət edib. Bu haqda 26 sentyabr tarixində Sumqayıt24 Sumqayitxeber.com-a istinadən məlumat verir.
Şəhər rəhbəri Vətən Müharibəsi Qəhrəmanları – Camal İsmayılovun və Mehrab Niftəliyevin ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıb. İcra başçısı şəhidlərimiz üçün ayrılmış guşəyə baxış keçirib.