Sumqayıtın icra başçısı Zakir Fərəcov vətəndaş qəbulu keçirib. Bu haqda 16 fevral tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 9-cu mikrorayonunda yerləşən 22 nömrəli məktəbdə baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.