Sumqayıt-Bakı elektrik qatarının gecikmə səbəbi məlum olub. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı marşrutu ilə hərəkət edən qatarın 20 dəqiqə gecikməsi həqiqəti əks etdirmir.
"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova açlıqlamasında bildirib ki, qatar cəmi 4 dəqiqə dayandıqdan sonra hərəkətini davam etdirib:
“Qatarın dayanmasına səbəb rabitə və işarəvermə qurğularında yaranan bir neçə dəqiqəlik nasazlıq olub. Belə ki, işıqfor 3-4 dəqiqə qırmızı işığı göstərdiyindən qatar dayanmalı olub. Cəmi 4 dəqiqə sonra isə hərəkətini davam etdirib”.