Sumqayıtda sursat aşkarlanıb. Bu haqda 25 may tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə 76-cı məhəllədə qeydə alınıb. Sumqayıt sakini, 39 yaşlı Yasin Alışov istifadəyə yararlı 1 ədəd "F-1" markalı əl qumbarası tapıb. O, sursatı polis əməkdaşlarına təhvil verib.