Sumqayıtda ilin ilk əmək yarmarkası keçirilib. Sumqayıt24 bu haqda 25 yanvar tarixində AzTV-yə istinadən xəbər verir.
Burada 22 müəssisə 92 boş vakansiya təqdim edib. İş yerlərinin 71-i peşə, qalanı isə ixtisas tələb edən sahələr üzrə olub. Minimum əməkhaqqı 345, maksimum isə 1000 manat təşkil edib. İnsanlara iş yerlərinə dair tələblər danışılıb, CV-ləri qəbul edilib.
Sonra uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin yarmarkaya qatılan işaxtaranlar agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qeydiyyatları qaydaları barədə məlumatlandırılıblar.