Şəhid Adil İbrahimlinin adını daşıyan gəminin ilk səfərə yola salınması mərasimi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 13 iyun tarixində "Palmali" Şirkətlər Qrupuna istinadən xəbər verir.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimlinin atası Asəm İbrahimli və həyat yoldaşı Nargül İbrahimova Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə gəliblər. Şəhidimizin adını daşıyan gəmidə onun xatirə guşəsi yaradılıb. Burada igidimizin fotoları yer alıb.
"Palmali" Şirkətlər Qrupu şəhidin atası və yoldaşına şirkətin xüsusi hədiyyələrini təqdim edib. [modula id="16692"]