Sumqayıt Dövlət Rəsm Qalereyasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması keçirilib. Bu haqda 3 may tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
"Sizi xatırladır..." adlı yarışda Vətən müharibəsi şəhidlərinin övladları iştirak ediblər. Tədbirdə şəhid övladlarının boyadıqları hissələr kompozisiya şəklində birləşdirilib və “Xarıbülbül rəsmləri” adlı əsər yaranıb.
Sonra bilik yarışmasına start verilib. 6 komanda birinciliyin qalibi olmaq uğrunda mübarizə aparıb. Yekunda “Xumarlı” komandası 1-ci yerə layiq görülüb.
Qaliblərə kubok, təşəkkürnamə və hədiyyələr təqdim edilib.