Sumqayıtda ölümlə nəticələnən ağır yol-qəzası baş verib. Bu haqda 18 yanvar tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. 43 yaşlı Vaqif Qəhrəmanovun idarə etdiyi "Grand Cherokee" markalı avtomobillə 34 yaşlı Tural Rəhmanovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 39 yaşlı Ramin Nəzərov hadisə yerindəcə keçinib, "Opel"in sürücüsü, habelə sərnişinlər – Naxçıvan şəhər sakini, 67 yaşlı Səyyarə Məhərrəmova, 37 yaşlı Aynurə Pənahova və 21 yaşlı Sama Şirinova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.