Saray qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Hadisə ötən gün, Heydər Əliyev küçəsində qeydə alınıb. “Mercedes” ilə “Ravon” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes”ın sürücüsü Nicat Süleymanlı dünyasını dəyişib.