Saray qəsəbəsi ərazisində sursat aşkarlanıb. Bu haqda 26 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə yerinə FHN-in minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları cəlb ediliblər. Əraziyə baxış zamanı döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası və 1 ədəd “UZRQM” partladıcısı aşkar edilib.
Hərbi ləvazımat ərazidən götürülərək kənarlaşdırılıb. Ətrafda əlavə hər hansı təhlükəli və ya şübhəli əşya tapılmayıb.