Sumqayıt xəstəxanasında yeni növ əməliyyatların keçirilməsinə başlanılıb. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Şəhər Xəstəxanasında (“Sarı qaya”) laporoskopik əməliyyatlar icra edilir.
Laporoskopik əməliyyat nədir?
Laporoskopik cərrahiyyə ənənəvi açıq cərrahiyyədən fərqli olaraq, dəridə böyük kəsiklərə ehtiyac olmadan qarın və çanaq nahiyəsinə daxil olmağa imkan verən cərrahi əməliyyat növüdür.