Sumqayıtda ilk dəfə səs verəcək gənclərə bukletlər paylanılıb. Sumqayıt24 bu haqda 25 yanvar tarixində xəbər verir.
Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə Mərkəzi Seçki Komissiyası tərəfindən “Seçki Könüllüləri” qrupu yaradılıb. Onların payladıqları bukletlərdə seçki prosedurları ilə bağlı məlumatlar əks olunub.
Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərə ilk dəfə qatılacaq gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək.