Sumqayıtlılar qar yağar-yağmaz yollarda qalırlar. Sumqayıt24 bu haqda 15 yanvar tarixində xəbər verir.
Şikayətçilər bildirirlər ki, Bakıdan Sumqayıta işləyən qeyri-leqal taksilər fürsətdən istifadə edərək qiymətləri kəskin qaldırıblar. Adi vaxtda “20 Yanvar”dan 2 manata aparan taksi sürücüləri şənbə günü adambaşına 15-25 manat arası pul istəyiblər. Bu isə sakinləri narazı salıb:
“Yolları buz bağlamışdı. 5-10 manat olsa, anlaşılandı. Amma 25 manat həddindən artıq çoxdur. Nəzərə almaq lazımdır ki, bu yolları tələbələr, gününə 10-15 manata çalışan vətəndaşlar da gedirlər. Xahiş edirik ki, qiymətlərə nəzarət edilsin”.