Sumqayıt Dövlət Universiteti (SDU) yeni əməkdaşlığa başlayıb. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
SDU, Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında “Universitetlərin elmi-pedaqoji heyətləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Bununla da SDU "İELTS klubu"na üzv olan 9-cu ali təhsil müəssisəsi olub.