Sumqayıt Dövlət Universitetində (SDU) konfrans start götürüb. Sumqayıt24 bu haqda 17 may tarixində xəbər verir.
Magistrantların XXIV Respublika elmi konfransı ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub. Toplantı öz işini 13 bölmədə davam etdirəcək.
Konfransa ümumilikdə 19 elm və təhsil müəssisəsindən tezislər daxil olub. 519-u plagiat yoxlanmasından sonra qəbul olunub və materiallar toplusu şəklində çap edilib.