Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti Ceyhun Məmmədovun yeni dərs vəsaiti çapdan çıxıb. Bu haqda 16 fevral tarixində Sumqayıt24 xəbər verir.
"Psixoanaliz" adlı kitab müasir psixologiya elminin başlıca istiqamətlərindən biri olan psixoanalitik istiqamətin əsaslarının şərhinə həsr edilib. Vəsaitə dərinlik psixologiyasının formalaşma tarixi və xüsusiyyətləri, bu istiqamətin başlıca təlimləri haqqında mövzular daxil edilib.