Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri “SOCAR Türkiyə”də təcrübə keçəcəklər. Sumqayıt24 bu haqda 26 iyun tarixində xəbər verir.
Proqrama Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan Nübar Nəcəfli, İlqar Həsənli və Kimya mühəndisliyi ixtisasının tələbələri Əfsanə Ağayeva və Asiman Şahkərimli vəsiqə qazanıblar.
Qeyd edək ki, təcrübə iki ay davam edəcək. Tələbələr iyulun 8-dən avqustun 2-dək “SOCAR Downstream”, avqustun 6-dan sentyabrın 3-dək “SOCAR Türkiyə” ilə tanış olacaqlar.