Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbərliyi, professor-müəllim və tələbə heyəti Dövlət Dram Teatrında olublar. Sumqayıt24 bu barədə 2 noyabr tarixində xəbər verir.
Onlar Azərbaycan milli operetta janrının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını izləyiblər.
Tədbir Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə keçirilib. [modula id="44909"]