Sumqayıt Dövlət Universitetdə (SDU) “Yaşıl iş yerləri” sərgisi təşkil olunacaq. Bu haqda 3 may tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Karyera sərgisi mayın 14-də saat 10:00-dan 17:00-a kimi davam edəcək. Tədbirə dövlət qurumları, agentlikləri, respublikamızın aparıcı şirkət, müəssisə və bankları dəvət olunub. SDU-nun tələbə və məzunları 70-dən çox şirkətin vakansiyaları ilə tanış olma imkanı əldə edəcəklər. Giriş sərbəstdir.