Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi kitabxanasında kitabların sayı artırılıb. Bu haqda 17 may tarixində Sumqayıt24 xəbər verir.
“SOCAR Midstream Operations” MMC tərəfindən ingilis dilindən tərcümə olunan 8 adda 80 nüsxə ədəbiyyat univeristetə hədiyyə olunub. Kitabların arasında “İqtisadi inkişaf”, “Ali makroiqtisadiyyat”, “Beynəlxalq siyasi iqtisad”, “Kimya mühəndisliyi dizaynı”, “Biotexnologiya”, “Karpın hüceyrə və molekulyar biologiyası” və digər nəşrlər yer alır.
Ədəbiyyatlar bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara SOCAR və onun tərəfdaşlarının hədiyyəsidir.