Sumqayıt şəhərində fəaliyyət göstərən 1 və 2 saylı “ASAN xidmət” mərkəzlərində "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb. Bu haqda 25 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Vətəndaşlar seçici statusunu yoxlamaq üçün şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.
Eyni zamanda qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumat əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək mümkündür.