Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC ixrac coğrafiyasını genişləndirir. Bu haqda 20 iyun tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən məlumat veririk.
Sözügedən şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə - Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib.
Qeyd edək ki, müəssisədə istehsal olunan məhsullar indiyədək dünyanın 10-dan çox ölkəsinə “Made In Azerbaijan” brendi ilə ixrac edilib.