“SOCAR Polymer” MMC-nin ixrac dəyəri azalıb. Bu haqda 1 may tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan MMC cari ilin birinci rübündə 56,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 milyon ABŞ dolları və ya 26,6 % azdır.