Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib. Bu haqda 1 fevral tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Qəbuldə qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Görüş zamanı müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması məqsədilə bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.