Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib. Bu haqda 15 fevral tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
STM-in inzibati binasında baş tutan görüşdə 30 sakinin müraciətinə baxılıb. Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.