Sumqayıt Tibb Mərkəzinin (STM) sabiq direktoru Səkinə Sadıxova yeni vəzifəyə təyin edilib. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Unikal.az-a istinadən məlumat verir.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, S. Sadıxova Vüqar Qurbanovun müşaviri vəzifəsini icra edəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında Vüqar Qurbanovun əmri əsasında Səkinə Sadıxova STM-in direktoru vəzifəsindən uzaqlaşdırılıb.